AZAL-ın qəzaya uğrayan təyyarəsinin daha bir "qara qutu"su  tapıldı
26 dekabr 2024 20:28 (UTC +04:00)

AZAL-ın qəzaya uğrayan təyyarəsinin daha bir "qara qutu"su tapıldı

0

"Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə aid daha bir "qara qutu" tapılıb".

Lent.az xəbər verir ki, bunu jurnalistlərə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.

O həmçinin əlavə edib ki, zərərçəkənlərin və havalimanının yerüstü xidmətlərinin əməkdaşlarının izahatları alınıb: “Dispetçerlərlə ekipaj arasındakı danışıqların səs yazıları götürülüb. Hazırda bütün şahidlərin əhatə dairəsi müəyyənləşdirilir. Eyni zamanda 4 min kv.km. ərazinin müayinə prosesi başa çatmaq üzrədir. Ərazinin mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5313

Oxşar yazılar