Aramsız qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
26 yanvar 2024 16:27 (UTC +04:00)

Aramsız qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32016
avatar

Oxşar yazılar