Anar Rzayev ittihamlarla bağlı AÇIQLAMA VERDİ
17 fevral 2022 18:16 (UTC +04:00)

Anar Rzayev ittihamlarla bağlı AÇIQLAMA VERDİ

“Nazir tərəfindən mənə xəbərdarlıq edilməyib, heç kim də işdən çıxarılmayıb. Şöbə müdiri 10 gün bundan qabaq əməliyyat olunduğu üçün məzuniyyətə çıxıb. Əlbəttə, operativ şəkildə rəhbərliyin sualları cavablandırılıb və bütün məlumatlar çatdırılıb". 

Lent.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında yayılan söz-söhbətlərə aydınlıq gətirərkən deyib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bu gün müzakirə etdiyimiz mövzu bir daşıyıcının narazılığıdır. Bu narazılığı ictimailəşdirməzdən qabaq da onun etirazları dinlənilmişdi. Kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz.

Mən onunla görüşdüyüm kimi digər sahibkarlarla da görüşmüşəm, izahatlar vermişəm. Onlara bölgü sisteminin necə olacağı ilə bağlı məlumat vermişik. Bunun çox təfərrüatına getmək istəmirəm. Belə deyim ki, defisit olan icazələri mövcud yüklənmiş yükün qarşılığında verək. Yəni, gömrük tərəfindən rəsmiləşdirilmiş sənədi təqdim edən nəqliyyat vasitəsinin həmin dəqiqə nömrəsi yazılır və icazəsi verilir. Hazırda da icazələr bu formada həyata keçirilir. Biz daşıyıcıları da məlumatlandırırıq.

Bildiyim qədər bu daşıyıcının 30-a yaxın avtomobili var. Kiçik bir daşıyıcının payını 150-200 maşını olan böyük daşıyıcının payından çox etmək ədalətli olmaz. Daha çox pay istəyir, amma biz bu payı ona vermək üçün digər daşıyıcıların payından götürməliyik. Bu halda ədalətli bölgü pozulur, bu isə digər daşıyıcıların ciddi narazılığına səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Fidan İlqar

Oxşar yazılar