Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də ((“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, məhdudiyyət ərazidə yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədardır. Bu səbəblə 6 sentyabr saat 22:00-dan etibarən qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.