ABŞ-da aparılan bir araşdırma göstərib ki, gecələr açıq havada süni işıqlara məruz qalma xüsusilə 65 yaşdan aşağı insanlarda altsheymer xəstəliyi riskini artıra bilər.
Lent.az xəbər verir ki, Ruş Universitetinin tədqiqatçıları ölkənin 48 ştatında yolun işıqlandırılmasını və süni işıq mənbələrindən gələn işığın çirklənməsinə səbəb olan amilləri araşdırıblar.
Tədqiqatın nəticəsi olaraq, tədqiqatçılar altsheymer xəstəliyinin gecələr süni işığın mövcud olduğu bölgələrdə daha çox olduğu qənaətinə gəliblər.
Araşdırmanın bir digər nəticəsi də süni işığın bədənin bioloji saatını və yuxu rejimini poza biləcəyi və idrak qabiliyyətinin azalmasına səbəb ola biləcəyidir.
Aparılan araşdırma göstərib ki, açıq havada süni işığa məruz qalmaq 65 yaşdan aşağı insanlarda altsheymer riskini spirt istifadəsi, xroniki böyrək xəstəliyi və piylənmə kimi digər faktorlardan daha çox artırır.
Qeyd edək ki, araşdırma ilə bağlı geniş məqalə "Frontiers in Neuroscience" jurnalında dərc olunub.