Məktəblərdə karantin qaydalarına "Məktəblinin dostu" nəzarət edəcək
27 avqust 2020 18:16 (UTC +04:00)

Məktəblərdə karantin qaydalarına "Məktəblinin dostu" nəzarət edəcək

“Məktəblər açılanda “Məktəblinin dostu” layihəsinin iştirakçıları uşaqların hərarətinin ölçülməsinə, sosial məsafənin qorunmasına nəzarət edəcəklər”.

APA-nın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

R.Ağayev deyib ki, “Məktəblinin dostu” dərslər qurtaranda şagirdlərin sıxlıq yaranmadan çıxmasına da nəzarət edəcək: “Hansısa sinifdə, yaxud məktəbdə kütləvi yoluxma olsa, o sinfi, yaxud məktəbi bağlayacağıq. “Məktəblinin dostu” bu məsələdə bizə kömək edəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4024
avatar

Oxşar yazılar