442 nəfərin Azərbaycandan çıxmasına icazə verilmədi - RƏSMİ
15 iyul 2021 10:24 (UTC +04:00)

442 nəfərin Azərbaycandan çıxmasına icazə verilmədi - RƏSMİ

Axtarışda olan 278 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, cari ilin iyun və iyul ayları ərzində ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd  güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb.

Bununla yanaşı Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2021” şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində iyun ayı ərzində Ağstafa, Qazax, Qubadlı, Yardımlı və Xaçmaz rayonlarının sərhədboyu ərazilərində ümumi çəkisi 9 ton 511 kiloqram olan 36 min 125 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək yandırılma yolu ilə məhv olunub.

Axtarışda olan 278 nəfər saxlanılıb, 33 şəxsin sənədlərinin saxtalaşdırılması və 12 şəxsin pas­portunun qeyri-fəal olması müəyyən edilib.

Dövlət sərhədindən buraxılış məntəqələrində ölkədən çıxışına məhdudiyyət tətbiq olunmuş 442 nəfər və ölkəyə girişi qadağan olunmuş 16 nəfər şəxs dövlət sərhədindən buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Mehman Nəbiyev

Oxşar yazılar