13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğub, anası isə... -YENİLƏNİB
07 sentyabr 2022 14:25 (UTC +04:00)

13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğub, anası isə... -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Azərbaycanda 13 yaşlı qız dünyaya uşaq gətirib.

Lent.az-ın əldə etdiyi məlumata görə, dünyaya gələn uşağın atasının da 15 yaşı var. Bundan başqa 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. Qız illər əvvəl öz atasını itirib. Hazırda ögey ata ilə yaşayırmış.

Ailənin çox kasıb olduğu və butulka sataraq çörəkpulu əldə etdikləri deyilir.

Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda olan əməkdaşımıza bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

 

***

12:23

6 sentyabr saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub. 

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

***

10:32

 

Bildiyimiz kimi, günü ölkədə 13 yaşlı qızın təcavüz nəticəsində ana olması xəbəri ilə açdıq. Hazırda baş vermiş faciə araşdırılır. Qeyd edək ki, məlumata görə, uşağın da ananın da vəziyyəti yaxşıdır. 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib ki, 13 yaşlı qızın anası həm öz qızından, həm də nəvəsindən imtina edib. Qız isə sığınacağa yerləşdirilməsi üçün müraciət edib.

Baş vermiş hadisə sosial şəbəkədə insanların da qəzəbinə səbəb olub. 

Əlavə məlumat veriləcək...


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23550
avatar

Aytəkin Cəlali

Oxşar yazılar