Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya yaradılıb
28 iyun 2011 11:32 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya yaradılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Regional Hidrometeorologiya Müəssisələrində hidrometeoroloji xidmətin müasir tələblərə uyğun kadr təminatını həyata keçirmək məqsədilə gənc və ya işə qəbul olunmaq istəyən kadrların hazırlıq səviyyəsini artırmaq üçün xüsusi təlim kurslarının keçirilməsinə dair komissiya yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayından etibarən komissiyanın üzvləri və digər peşəkar mütəxəssislər tərəfindən Milli Hidrometeorologiya Departamentinin 10 Regional Hidrometeorologiya Müəssisəsinin hər birində meteorologiya, aktinometriya, aqrometeorologiya, hidrologiya, dəniz müşahidələri üzrə tərtib olunmuş xüsusi proqramlarla həftəlik təlim kursları keçirilir.

Kursların dinləyiciləri regional idarələrin tabeliyində olan hidrometeoroloji stansiya və məntəqələrin gənc əməkdaşları, eyni zamanda bu sahədə yeni işə qəbul olmaq istəyənlərdir. Bir həftəlik təlim hazırlıq kurslarının sonunda komissiya üzvləri tərəfindən dinləyicilərin sərbəst müşahidələr aparmaq, cihaz və avadanlıqlarla sərbəst işləmək, müşahidələrin xüsusi kitabçalara yazılmasını və ötürülməsini təmin etmək kimi bacarıqları 10 ballıq sistemlə qiymətləndirilir və dinləyicilərə xüsusi arayış verilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar