Attestat imtahanlarının cavablarının açıqlanacağı gün məlum oldu
Təhsil Nazirliyi orta məktəblərin XI sinif şagirdləri üçün tam orta təhsil haqqında sənəd, yəni attestat almaqla bağlı və IX siniflərdə ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələri iyunun 24-də açıqlanacaq.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 24-dən başlayaraq 1 həftə ərzində nazirlikdə Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.
Qeyd edək ki, Təhsil Nazirliyi iyunun 16-da Azərbaycanın rayonlarında orta məktəblərin XI sinif şagirdləri üçün tam orta təhsil haqqında sənəd, yəni attestat almaqla bağlı və IX siniflərdə ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Nazirlik iyunun 17-də Bakıda XI sinif şagirdləri üçün attestat, iyunun 18-də isə paytaxtın IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil edib.
Xatırladaq ki, XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında sualların ümumi sayı dəyişməsə də, ayrı-ayrı fənlər üzrə dəyişikliklər edilib. Ana dili və riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə qədər azaldılıb, təbiət fənləri üzrə (kimya, biologiya, fizika, coğrafiya) suallar 10-dan 12-yə qədər artırılıb. Tarix və xarici dil fənləri üzrə sualların sayı isə (15) dəyişilməz qalıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 18 variantda hazırlanıb ki, bu da sinifdə hər şagirdə bir variant deməkdir.
IX siniflərə gəlincə, şagirdlərə ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 sual verilib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb. Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird “3”, 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird “4’, 80 faizdən yuxarı düzgün cavab verən şagird isə “5’ ilə qiymətləndirilməlidir.

1179