10 764 nəfər dövlət qulluqçusu kimi pensiya alır
22 iyun 2011 11:57 (UTC +04:00)

10 764 nəfər dövlət qulluqçusu kimi pensiya alır

Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat daxil olub.

Dövlət qulluqçusu kimi pensiya alan şəxslərin 68,8 faizi yaşa görə, 22,6 faizi əlilliyə görə, 8,6 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Onların orta aylıq pensiya məbləği isə 326,2 manatdır.

Bildirilir ki, dövlət qulluqçularının pensiyasının məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Qeyd edək ki, 2011-ci il aprel ayına aid məlumata əsasən, Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir.

Xatırladaq ki, iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident cənab İlham Əliyevin 2006-cı il may ayının 25-də imzaladığı sərəncamla bu gün bayram kimi qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar