Şeyxülislam: “Qafqaz Müsəlmanları İdarəsinə qarşı mübarizə aparırlar”
21 iyun 2011 12:11 (UTC +04:00)

Şeyxülislam: “Qafqaz Müsəlmanları İdarəsinə qarşı mübarizə aparırlar”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni rəhbər təyin olunandan sonra komitə ilə dini qurumlar arasında münasibətlərin yeni mərhələsi başladı. Komitənin əvvəlki rəhbəri bu münasibətləri yarada bilmədi. Biz indi bu quruma çox arxalanırıq”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10-cu ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. A. Paşazadə çıxışında QMİ-yə qarşı daxildə və xaricdə mübarizə aparıldığını da bildirib: “Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var. Müxtəlif şayiələr yayırlar. Bu mübarizə elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı da aparılır. Bu, Peyğəmbərin dövründə də olub. Ancaq Peyğəmbər haqqın tərəfində olduğundan onların öhdəsindən gəlirdi. Bizim də indi arxamızda həm Allah, həm dövlət, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var”.


Şeyxülislam Dövlət Komitəsinin sədri Hidayət Orucovdan qardaşlıq və dostluq münasibəti gördüyünü qeyd edərək, buna görə ona təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar