“Universitet liqası”nda fərdi oyunun qalibləri müəyyənləşib - FOTO
21 iyun 2011 11:36 (UTC +04:00)

“Universitet liqası”nda fərdi oyunun qalibləri müəyyənləşib - FOTO

Xəzər İntellektual Gənclər Klubu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Universitet liqası” layihəsi çərçivəsində Nabranda “Fərdi oyun” üzrə turnir keçirilib. Lent.az-ın məlumatına görə, 2 gün davam edən yarışmada qaliblərin adı müəyyənləşib. Fərdi oyunda birinci yeri gərgin mübarizədən sonra Fədai Məmmədov qazanıb. İkinci yerin sahibi Elmidar Süleymanov, üçüncü isə Elgün Atalıyev olub.

Turnirin qeyri-rəsmi hissəsində “Nə? Harada? Nə Zaman?”, “Erudit Kvartet” və “Breyn Rinq” intellektual oyunları üzrə çoxnövçülük baş tutub.

Qeyd edəık ki, Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun yaradılmasının və fəaliyyətinin əsas məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. Xəzər İntellektual Gənclər Klubu hal-hazırda BDU, ATU və Bakı Slavyan Universitetində fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur. Qeyd edək ki, Xəzər İntellektual Gənclər Klubu 10 illik yubileyini qeyd edir və bu il təşkil olunan bütün yarışlar bu tarixin qeyd olunmasına yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar