“Azərbaycan çox təhlükəli seysmik zonada yerləşir”
21 iyun 2011 11:06 (UTC +04:00)

“Azərbaycan çox təhlükəli seysmik zonada yerləşir”

“Azərbaycan çox təhlükəli seysmik zonada yerləşir. Ərəb piltəsinin hərəkəti nəticəsində davamlı olaraq sıxılma prosesi gedir və deformasiya prosesləri nəticəsində zəlzələlərin, vulkan püskürmələrinin, yerdə yarıqların və yeni çatların əmələ gəlməsi müşahidə olunur. Bu da Azərbaycanda infrastrukturlar, xüsusi ilə də neft infrastrukturu üçün ciddi təhlükə yaradır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov “Azərbaycan respublikası ərazisinin müasir geodinamik şəraiti: gərginlik bölgələri və geoloji təhlükələr” mövzusunda keçirilən seminarda bildirilib. O deyib ki, Azərbaycanın hazırkı geodinamik vəziyyəti o qədər də yaxşı deyil: “Bəzi ərazilər var ki, çox təhlükəlidir. Orada çox güclü deformasiya prosesləri gedir. Bəzi ərazilərdə isə uzaqda olan zəlzələlərin təsiri duyulur. Bizim bəxtimiz onda gətirib ki, həmin ərazilərdə infrastruktur yoxdur. Bu proseslərin hamısını tam açıqlamaq mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar