“Elektron Təhsil” müsabiqəsinin nəticələri açıqlandı
20 iyun 2011 16:21 (UTC +04:00)

“Elektron Təhsil” müsabiqəsinin nəticələri açıqlandı

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından və internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq o cümlədən, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Xatırladaq ki, müsabiqə iki istiqamət üzrə təşkil olunub: “Elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları". Birinci istiqamət üzrə qaliblər “Fənlərin tədrisində İKT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İKT-dən istifadə üzrə ən yaxşı metodika” və “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunub. “Təhsildə internet texnologiyalar” istiqaməti üzrə isə qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunub.

Bu il “Elektron Təhsil” Respublika müsabiqəsində fəal iştirak etmiş region “Ən fəal region məktəbi” nominasiyası üzrə də qalib müəyyən edilib.

Ümumilikdə müsabiqədə 601 layihə iştirak edib. Bunların arasından yalnız 98 namizəd seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar