Nabrana istirahətə gedən 72 sürücü cəzalandırıldı
20 iyun 2011 12:32 (UTC +04:00)

Nabrana istirahətə gedən 72 sürücü cəzalandırıldı

Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları Nabran istirahət zonasında reyd keçirib. İyun ayının 18-i və 19-da keçirilən avtoreyd nəticəsində 72 sürücü yol hərəkəti haqqında qanunun tələblərini pozduğu üçün cəzalandırılıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, reyd zamanı müxtəlif bəhanələr gətirərək polisin qanuni tələbindən yayınmaq istəyənlər də olub.

Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Əliağa Əsgərbəyli Lent.az-a bildirib ki, reydlər hər həftənin cümə və şənbə günləri keçiriləcək.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar