KİV DF fərdi jurnalist yazılarının müsabiqəsini elan etdi
17 iyun 2011 17:49 (UTC +04:00)

KİV DF fərdi jurnalist yazılarının müsabiqəsini elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) 22 iyul Milli Mətbuatın yaranmasının 136 illik günü ilə əlaqədar jurnalist yazılarının müsabiqəsini elan edib.
KİV DF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aşağıdakı istiqamətlər üzrə müsabiqə elan olunub:

1. 

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Azərbaycan jurnalistikası son 20 ildə:nailiyyətlər və perspektivlər 

  

2. 

İctimai və dövlət maraqlarının müdafiəsi. 

Azərbaycan Respublikasında milli maraqların müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir


  

3. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

Xalqların öz müqəddəratını təyin etmə hüququərazi bütövlüyü prinsipi çərçivəsində 

(Beynəlxalq hüququn norma və prinsipləri)

  

4. 

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği. 

Müasir dövrdə yas və toy mərasimlərimiz: biz hara gedirik? 

  

5. 

  

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 

İKT: qısa dövrün böyük nailiyyətləri 

6. 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 Gənc nəsil müasir və güclü Azərbaycan uğrunda 

  

7. 

  

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 

Azərbaycan regionları dünən və bu gün 

  

  

8. 

  

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi 

Hamımızın bir doğma evi var: Azərbaycan 

  

9. 

  

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi 

Azərbaycan - dinlərin qovuşduğu tolerant məkan 

  

10. 

Elm və təhsilin inkişaf etdirilməsi 

Elmin, təhsilin və iqtisadiyyatın birliyi inkişafın mühüm şərtidir 

  



Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara aid tələblərə gəlincə, yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Yazı Azərbaycan dilində dərc olunmalıdır. Xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir. Yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və ya müsabiqənin qaydalarında nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər. Hər mövzu üzrə 3 qalib müəyyən edilir; 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub. Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Yazılar A3 formatda 1 səhifədən ( 9-11 min işarə) çox olmamalıdır. Nəticələr 22 iyulda elan ediləcək. Yazılar və sənədlər 18 iyun - 16 iyul 2011-ci il tarixədək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fonda şəxsən təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar