Növbəti tədris ilində ingilis dilli məktəblərin sayı 20-yə çatdırılacaq
16 iyun 2011 17:42 (UTC +04:00)

Növbəti tədris ilində ingilis dilli məktəblərin sayı 20-yə çatdırılacaq

Təhsil Nazirliyində “İngilis dilinin intensiv tədrisi” layihəsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilib. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin “British Council” beynəlxalq təşkilatı ilə sıx əməkdaşlıq etdiyini və nəzərə çatdırıb, birgə layihələrin uğurla həyata keçirildiyini bildirib.


“İngilis dilinin intensiv tədrisi” layihəsi barədə danışan Misir Mərdanov qeyd edib ki, layihənin əsas məqsədi ingilis dili müəllimləri üçün tədris sahəsində ən son nailiyyətləri əks etdirən müasir ixtisasartırma-təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqindən ibarətdir. Onun sözlərinə görə, 2003-cü ildən “British Council”un təşəbbüsü ilə Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası (AzETA) yaradılıb və təşkilatın Bakıda baş ofisi, 8 regionda isə filialı fəaliyyət göstərir. Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından xarici dillərin tədrisi işinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunan təhsil naziri beynəlxalq təcrübədə uğurla istifadə olunan metodikaların ölkəmizdə də tətbiqinin səmərəli nəticələr verdiyini dilə gətirib.


Misir Mərdanov ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər və onların həlli üçün görülmüş işlərdən söz açıb, 2008-2009-cu dərs ilindən Bakı şəhərində 7 pilot məktəbdə “İngilis dilinin intensiv tədrisi” layihəsinin həyata keçirildiyini nəzərə çatdırıb. Layihənin 189 sinfi və 5352 şagirdi əhatə etdiyini söyləyən Misir Mərdanov məktəblərdə ingilis dilinin intensiv tədrisi üçün hazırlanmış yeni tədris planları, proqramları və müəyyənləşdirilmiş dərsliklər barədə məlumat verib. İngilis dilini intensiv tədris edəcək müəllimlərin hazırlığı məqsədi ilə “British CouncilG»un təlimçiləri tərəfindən keçirilmiş təlim seminarlarında 7 pilot məktəbdən 120 nəfər müəllimin peşəkarlıq səviyyəsi və metodik bacarıqlarının artırıb. Təhsil naziri ingilis dili tədris edilən bütün ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsini zəruri sayıb. çəkib. Məhz bu amili nəzərə alaraq növbəti tədris ilindən ingilis dili intensiv tədris edilən məktəblərin sayının 20-yə çatdırılmasının nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov bununla əlaqədar qarşıda duran vəzifələri diqqətə çatdırıb, bir sıra təklif və tövsiyələrini verib.


“British Council”un Azərbaycan üzrə direktoru Pol Klementson Azərbaycanda da ingilis dilinin intensiv tədrisi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini söyləyib. O, görülmüş işlərin nəticələrinə dair faktları sadalayıb, milli dərsliklərlə yanaşı, Kembric Universitetinin nəşr etdiyi və Azərbaycan üçün məqbul olan dərslik komplektlərindən (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait, CD, audio vəsait və didaktik materiallar) istifadə olunduğunu bildirib. Gülşən Hüseynova ötən il pilot məktəblərin 85 müəlliminin I və VII siniflərdə dərslərinin “British Council” əməkdaşları tərəfindən müşahidə edildiyini nəzərə çatdırıb.


2011-ci ildə layihənin 4 aparıcı təlimçisinin Böyük Britaniyanın Vorvik Universitetində intensiv təlimlərdə iştirak etdiyini söyləyən “British Council”un proqramlar üzrə meneceri layihənin ümumi monitorinqinin yekun nəticələrindən söz açıb. Gülşən Hüseynova Azərbaycanda ingilis dilinin tədrisinə ayrılmış saatların həcmini digər ölkələrdəki uyğun göstəricilərlə müqayisə edib, layihənin səmərəliliyini artırmaq üçün bir sıra müvafiq təkliflərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar