Bakı çimərliklərində 14 təcili tibbi yardım briqadası fəaliyyətə başlayıb
16 iyun 2011 16:09 (UTC +04:00)

Bakı çimərliklərində 14 təcili tibbi yardım briqadası fəaliyyətə başlayıb

Bu il Bakı çimərliklərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 14 briqadası xidmət aparacaq. Bu barədə Lent.az-a Stansiyanın baş həkimi Mürsəl Həmidov məlumat verib. M.Həmidov qeyd edib ki, keçən il həmin briqadaların sayı 12 olub. Bu il daha 2 briqadanın fəaliyyətə başlamasının səbəbi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daha iki çimərlikdən istifadəyə icazənin verilməsidir.


M.Həmidov onu da bildirib ki, bu il çimərlik ərazilərində 6 nəfər tibbi yardım briqadalarına müraciət edib. Havanın nisbətən sərin keçməsi səbəbindən isə hələlik günvurma hadisəsi müşahidə olunmayıb: “Dəniz mövsümü hələ yeni başlayır. Bizim işimi hələ qarşıdadır”.


Qeyd edək ki, keçən il Bakı çimərliklərində 175 nəfər günvurma diaqnozu ilə təcili tibbi yardım briqadalarına müraciət edib.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar