(R) Müdriklik dənizindən bir neçə damcı
Rəcəb ayının 13-ü (bu il üçün iyunun 16-da) tarixin ən görkəmli şəxsiyyətlərindən olan Həzrət Əlinin (ə) mübarək mövludu (dünyaya gəldiyi) günüdür.
Yəqin ki, İmam Əli (ə) barədə eşitməyən az adam tapılar. Bu mübarək şəxsiyyət özündən sonra elə bir zəngin mənəvi irs qoyub ki, sanki hər bir insana bundan bir miqdar pay yetişib...
İmam Əli ibn Əbu Talib bizim eranın 600-cü ilində müqəddəs Məkkə şəhərində dünyaya gəlib. O, Kəbə evində dünyaya gələn yeganə insandır. İmam Əli (ə) yaxşı sərkərdə, müdrik alim, görkəmli mütəfəkkir, sadiq dost, gözəl ailə başçısı idi.
Bu mübarək gündə verə biləcəyimiz ən yaxşı bayram töhfəsi onun dəryalarca dərin olan müdrik kəlamlarından bir qədərini oxumaq, bu sətirlər barədə təfəkkür etmək və gündəlik həyatda onları tətbiq etməyə çalışmaqdır. Hörmətli oxucuların nəzərinə Həzrət Əli (ə) dühasından bir neçə inci təqdim edirik.
“Sizlərdən hər biriniz qardaşının ehtiyacının olmasını bilən zaman (gərək) istəmək (ağız və ya əl açmaq) zəhmətini onun çiynindən götürsün”.
“Fədakarlıq - ən ali insani sifətdir”.
“Dostluğu və məhəbbətləri qəlblərdən soruşun. Çünki qəlblər rüşvət qəbul etməyən şahidlərdir”.
“Özünü tərbiyə etməyin üçün başqalarında (görüb) bəyənmədiyin şeydən uzaqlaşmağın kifayətdir”.
“Hər şeyin təzəsini seç, qardaşların isə ən köhnəsini”.
“Hər kimdə üç şey olsa, imanı kamildir: ağıl, səbir və elm”.
“Yalan olan yerdə məhəbbət olmaz”.
“Nadanlıqdan betər dərd yoxdur”.
"Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-bağça kimidir”.
“Allah rəhmət etsin o kimsəyə ki, öz qədrini bilib, həddini aşmaz”.
“İnsan o vaxt azad olur ki, öz vədinə vəfa edir”.
“Əsl-nəcabətin və şərafətin ən yaxşısı - xoşxasiyyət olmaqdır”.
“Ən böyük dövlət - ağıldır. Yəni ağıllı kimsə həqiqətdə möhtac deyil, bəlkə də artıq dövlətlidir”.
“Ağıllı kimsənin dili ürəyinin dalında olar. Yəni ağıllı adam qabaqca sözünün yaxşı və pisini fikirləşib, sonra danışar”.
“Gözəl davranışlar (ədəblər) insana həmişə təzə zinətlərdir”
“İnsanlarla yaxşı davranın ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb sizin üçün ağlasınlar, yaxud qalsanız sizin tərəfdarlarınız olub sizə qarşı mehriban olsunlar”.
“Ey oğul, ağılsız insanla yoldaşlıq etməkdən çəkin, çünki ağılsız insan sənə yaxşılıq etmək istəsə də, sənə ondan ancaq zərər yetişər”.
“Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər”.
“Yalançı kimsə ilə dost olmaqdan uzaq ol. Ona görə ki, yalançının məsəli ilğım (miraj) misalındandır: öz yalan sözü ilə uzaq şeyləri sənə yaxın, yaxın şeyləri uzaq göstətər”.
Bəs belə isə, həyatımızı; bu müdrik tövsiyələrə uyğun qurmağa çalışaq!

1230