Milli Qəhrəmanı Mübariz İbrahimovun heykəlinin və ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub
15 iyun 2011 15:58 (UTC +04:00)

Milli Qəhrəmanı Mübariz İbrahimovun heykəlinin və ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub

APA-nın Cənub bürosunun məlumatına görə, Mərkəzi Bankın dəstəyi ilə şəhidin adını daşıyan liseyin həyətində ucaldılmış abidənin açılış mərasimində rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Alim Quliyev, millət vəkilləri Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə və başqaları çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığının Azərbaycan gəncliyi üçün əsl örnək olduğunu dilə gətiriblər. Mərasim iştirakçıları daha sonra Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Əliabad kəndi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışına qatılıblar. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova və digərləri çıxış edərək Mübariz İbrahimov kimi qəhrəman böyütmüş ata-ananın hər cür ehtirama və qayğıya layiq olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875

Oxşar yazılar