Şimal bölgəsində istirahət etmək istəyənlərə xəbərdarlıq
Xaçmaz rayonu ərazisində respublika əhəmiyyətli 109 km yol var. Bu yolların kənarında 670-dək quruyan və aşmaq təhlükəsi olan ağac var. Dəfələrlə quruyan ağacların yola aşması halı baş verib. Amma xoşbəxtlikdən nə nəqliyyat vasitələri, nə də insan həyatına ziyan dəyib.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, artıq mövcud vəziyyət Daxili İşlər Nazirliyini də narahat edib. Belə ki, DİN-in Ekologiya və Təbii Sərvətlər nazirliyinə göndərdiyi xüsusi məktubda qeyd olunub ki, yolun və yol nişanlarının görünüşünü məhdudlaşdıran ağaclar kəsilməli və ya budanmalıdır.
5 saylı Yol İstismar İdarəsinin rəisi İsgəndər Hacıyev Lent.az-a bildirib ki, budama və kəsmə işlərinə iyun ayının 20-dək başlanılacaq. İşlər əsasən Quba-Xaçmaz, Şabran rayonu Ağalıq kəndi ərazisindəki meşə massivindən Yalama meşələrinə kimi olan ərazilərdə və Qusar-Xudat yolunda aparılacaq.
Vəli Turan

566