Həzrəti Əlinin mövludu və Qurtuluş günü münasibəti ilə tədbir keçirilib
15 iyun 2011 13:12 (UTC +04:00)

Həzrəti Əlinin mövludu və Qurtuluş günü münasibəti ilə tədbir keçirilib

Lent.az-ın məlumatına görə, tədbirdə QMİ sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, din və elm xadimləri, tələbələr iştirak edib. Tədbir “Qurani-Kərim”-dən surələrin oxunması ilə başlayıb.

Allahşükür Paşazadə Həzrəti Əlinin (ə.) İslam dinində tutduğu mövqedən söhbət açıb. Qarabağ münaqişəsi ilə bağlı ölkə rəhbərinin apardığı siyasətin sülh və uğurla başa çatması üçün dua edib. QMİ sədri 15 iyun – Qurtuluş günü barədə də danışıb: “Mən həmin hadisələrin şahidlərindən biri kimi deyə bilərəm ki, ölkə 1993-cü ildə dini və milli parçalanma ərəfəsində idi. Heydər Əliyev buna imkan vermədi”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, böyük mütəfəkkir Həzrəti Əli (ə.) İslam sivilizasiyasına daxil olaraq Böyük Əli obrazını yaradıb. O, İslam Peyğəmbərinin (ə.s.) Həzrəti Əliyə (ə.) böyük önəm verdiyini də vurğulayıb.

H. Orucov 1993-cü ilin iyun ayında baş verən hadisələrdən danışaraq Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə gəldiyini söyləyib. O, Heydər Əliyevin din sahəsindəki rolundan da danışıb: “Heydər Əliyev dini fəaliyyət üçün bütün imkanları yaradırdı”.

Tədbirdə akademik Hacı Vasim Məmmədəliyev və başqaları da çıxış edib.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar