Bakıdakı çayxananın qədim mədrəsə olduğu məlum olub
14 iyun 2011 18:54 (UTC +04:00)

Bakıdakı çayxananın qədim mədrəsə olduğu məlum olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Filarmoniya bağındakı çayxananın köhnə mədrəsə binasında yerləşməsi ilə bağlı məsələni araşdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məlum olub ki, çayxananın yerləşdiyi tikilidə - ayaqyolunun yanında ərəbcə yazılar var.

Binanın əvvəllər mədrəsə və yazıların Qurani-Kərimdən ayələr ola biləcəyi nəzərə alınaraq çayxana sahibi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məlumat verilib və İdarənin əməkdaşları həmin yazıları götürüblər. Eyni zamanda, bildiriblər ki, həmin yazılar muzeylərdən birində tarixi eksponat kimi nümayiş etdiriləcək.

Onu da əlavə edək ki, bu məsələ ilə bağlı Dövlət Komitəsinə heç kim, o cümlədən Hacı Əbdül müraciət etməyib. Ancaq məsələni ətraflı öyrənmək üçün Dövlət Komitəsinin əməkdaşı Hacı Əbdüllə də əlaqə saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497

Oxşar yazılar