Çimərliklərdə dəniz suyunun vəziyyəti açıqlandı
14 iyun 2011 16:11 (UTC +04:00)

Çimərliklərdə dəniz suyunun vəziyyəti açıqlandı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdən götürdüyü dəniz sularının laborator müayinələrin nəticələrini açıqlayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun APA-ya bildirib ki, analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir: “Qaradağ rayonu ərazisi ilə Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə müşahidə olunub. Həmin çimərliklərlə bağlı hələ ötən ildən qəbul edilmiş qərar bu il də qüvvədə qalır. Bu haqda mərkəz tərəfindən Fövqəladə Hallar, Səhiyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə məlumatlar göndərilib”.

Qeyd edək ki, ötən il verilmiş həmin qərara əsasən, mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, Səbail rayonunun Şıx çimərliyinin və Qaradağ rayonun Sahil çimərliyinin istifadəsi qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1267

Oxşar yazılar