ABŞ və Avropada təhsil alan azərbaycanlı doktorantların konfransı keçirilib
Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşəbbüs və təşkilatçılığı, Fransa Siyasi Elmlər İnstitutunun professoru, Belçika parlamentinin fəxri sədri An-Mari Lizinin dəstəyi ilə bu institutda Amerikada və Avropanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı doktorantların ikigünlük konfransı keçirilib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, konfransı An-Mari Lizin açıb.
Azərbaycan xarici işlər nazirliyinin müavini, ADA-nın rektoru Hafiz Paşayev tədbirin məqsəd və vəzifələri barədə danışıb. Konfransın ilk günündə siyasi mövzularda çıxışlar səslənib. An-Mari Lizinin Avropa və Azərbaycan münasibətlərinə həsr olunmuş çıxışı maraq doğurub. Belçikalı senator Avropanı təhdid edən enerji böhranının aradan qaldırılmasında neft və qazla zəngin olan Azərbaycanın rolunu yüksək qiymətləndirib.
İyunun 11-də öz işini davam etdirən konfransda azərbaycanlı doktorantlar iqtisadiyyatla bağlı üzərində çalışdıqları mövzular barədə məlumat verib, ölkəmizin iqtisadi inkişafına toxunub, Avropa dövlətlərinin iqtisadi göstəriciləri ilə müqayisələr aparıblar.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “İctimai diplomatiya və elm adamlarının bu sahədə rolu” mövzusunda məruzə ilə çıxış edib. Səfir Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etdikdən sonra müxtəlif ölkələrlə diplomatik əlaqə yaratmasından danışıb, O, dünyanın 60-dan çox dövlətində səfirliklərimizin, daimi nümayəndəliklərimizin və baş konsulluqlarımızın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Elçin Əmirbəyov doktorantların suallarını cavablandırıb.
Hafiz Paşayev konfransla bağlı müsahibəsində bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Amerikada təhsil alan azərbaycanlı doktorantlar arasında sıx və hərtərəfli münasibətlər yaranıb. Onun sözlərinə görə, ADA ilk dəfədir ki, Avropada təhsil alan doktorantlarla belə bir konfrans keçirir. Bu konfransda hər bir doktorant çalışdığı mövzu barədə məlumat verməklə yanaşı, öz potensial imkanlarını da nümayiş etdirir: “Belə konfranslar keçirməklə biz xaricdə təhsil alan azərbaycanlı doktorantlar arasında seçim edir, onların arasından ən yaxşılarını üzə çıxarır və Azərbaycan Diplomatik Akademiyasında işə dəvət edirik. Mənim üçün Amerikada təhsil alan azərbaycanlı doktorantlarla Avropanın ali məktəblərində oxuyanların bilik səviyyəsinin müqayisəsi xüsusi maraq doğururdu. Etiraf edim ki, müəyyən dərəcədə fərqin şahidi oldum”.

704