Kür və Araz çaylarında monitorinq aparılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayının I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 93 m3/san azalaraq 600 m3/san təşkil edib. Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində mis birləşmələri 2, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 3 dəfə YVQH-ni keçmiş, fenollar norma daxilində olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,44-10,50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

524