Sorğu: Turistlər Azərbaycana hansı məqsədlə gəlirlər?
Turistlərin əksəriyyəti Azərbaycana tək gəlir və Bakıda qalmağa üstünlük verir. «APA-ECONOMICS»in məlumatına görə, bu göstəricilər BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda «Turizmin İnkişaf Layihəsi» çərçivəsində keçirilən «Xarici vətəndaşların Azərbaycana dair təəssüratlarının öyrənilməsi» barədə sorğunun nəticələrində müəyyənləşib.
Araşdırmanın nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərlərinin əsas səbəbi onların işgüzar fəaliyyətləri ilə əlaqədardır. Belə ki, onları təmsil edən hər 10 nəfərdən 7-si ölkəmizə bu məqsədlə gəlir. Azərbaycana turist kimi səfər edənlərin ümumi respondentlər arasında xüsusi çəkisi 15%-ə bərabərdir. Dost-qohumuna baş çəkməyə gələnlər 6,1%, olimpiada-yarışlara gələnlər 3,3%, başqa ölkəyə gedərkən Azərbaycandan tranzit kimi keçənlər 2,7% və s. təşkil edir. Respondentlər arasında ölkəyə müalicə, konsert və s. kimi tədbirlərdə iştirak etmək məqsədilə gələnlər də var.
Əcnəbilər Azərbaycana tək səfər etməyə üstünlük verirlər (64%), 16,1%-i dostu ilə, yalnız 13,7%-i ailəsi ilə səfərə gəlir. Xaricilərin əksəriyyəti (53%) ölkədə 1-6 gün müddətində qalmağa üstünlük verir, orta hesabla isə onların səfəri 10 gün davam edir.
Ölkəyə gələn turistlərin yalnız 18%-i rayonlara da getməyə üstünlük verir, 99%-i isə sırf Bakıda qalır. Azərbaycanda əcnəbi qonaqlar əsasən təbiəti zəngin olan və ölkənin şimal və şimal-qərbində yerləşən Quba (17%), Zaqatala (17%) və Şəki (15%) rayonlarına üstünlük verirlər. Araşdırma nəticələri göstərir ki, xarici turistlərin yarısı (48%-i) rayonlara işgüzar fəaliyyətləri ilə bağlı səfər edir. Bununla yanaşı, onlar arasında rayonlara istirahət, maraq və əyləncə məqsədilə səfər edənlər də var (35%).
Əcnəbilər Azərbaycan haqda informasiyanı əsasən internetdən alırlar (46%), ikinci mənbə dost-tanış və iş yoldaşlarıdır (40%). Nəticələr göstərir ki, ölkə haqqında məlumatların turistlərə çatdırılmasında KİV-in (TV, radio, qəzet) rolu olduqca azdır (14%).
Bakıda səfərdə olan əcnəbilərin hər 10 nəfərindən 7-si İçəri Şəhəri ziyarət edib. Digər ən çox ziyarət edilən yerlər Qız Qalası (61%), restoranlar (53%) və Milli Parkdır (50%). Onların Azərbaycanda ən çox bəyəndikləri yerlər də İçəri Şəhər, Qız Qalası və restoranlardır.
Əcnəbilərin 84%-i Azərbaycanda onlara göstərilən turizm xidmətlərinin səviyyəsindən məmnundurlar. Məmnun qalmayan 16%-in şikayət etdikləri başlıca səbəb xidmət personalının qeyri-peşəkar olması ilə bağlıdır (57%).
Bununla yanaşı, əcnəbilərin əksəriyyəti (56%) turizm xidmətlərinin qiymətlərindən narazıdır və qiymətlərin yüksək olduğunu bildirir. Narazı olan əcnəbilərin fikrincə, xidmət tarifləri 30-50% endirilməlidir.
Araşdırma nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərləri zamanı adambaşına xərclədikləri orta vəsait 893 manat (təxminən 1100 ABŞ dolları) təşkil edir. Onların 47%-i 100-600 manat, 27%-i isə 601-1200 manat xərcləyir.
Əcnəbilərin Azərbaycanla bağlı bəyənmədikləri başlıca məqam turizm infrastrukturunun lazımi səviyyədə inkişaf etməməsi (24%) və müasir turizm mərkəzlərinin olmaması ilə bağlıdır (23%). Əcnəbilərin əksər hissəsi Azərbaycana yenidən səfər etməyi planlaşdırır (57%). Ölkəmizə qətiyyən gələcəkdə səfər etməyəcək əcnəbilər ümumi respondentlərin 2%-ni təşkil edir.
Qeyd edək ki, 301 xarici vətəndaş arasında aparılmış sorğu iştirakçılarının orta aylıq gəliri 3 622 dollar, ailələrinin orta aylıq gəliri isə 4 390 dollar təşkil edir. Onların əksər hissəsi mühəndis (21%), menecer (13%), sahibkar (9%), müəllimdir (8%)

667