Təhsil Nazirliyi ADU-da imtahanların gedişi ilə bağlı sorğu keçirdi - FOTO
13 iyun 2011 12:09 (UTC +04:00)

Təhsil Nazirliyi ADU-da imtahanların gedişi ilə bağlı sorğu keçirdi - FOTO

İyunun 13-də Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyasının gedişini izləyib.

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1 saylı İngilis dili fakültəsinin II kursunda “Pedaqogika”, “Orta oxu və nitq”, “Azərbaycan ədəbiyyatı”, “Riyaziyyatın ibtidai kursu” və “Rus ədəbiyyatı tarixi” fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirib ki, yay imthan sessiyasında operativliyi və şəffaflığı təmin etmək və yaranacaq mövcud halların aradan qaldırılması məqsədilə nazirlikdə “Qaynar xətt” fəaliyyət göstərir.

O, Təhsil Nazirliyinin imtahanların gedişi ilə bağlı sorğu keçirdiyini tələbələrin diqqətinə çatdırıb. Tələbələr imtahanların obyektiv və şəffaf keçirildiyini, eləcə də neqativ halların baş vermədiyini nazirlik rəsmisinin nəzərinə çatdırıblar. Sonra sorğu anketi tələbələrə paylanıb.

Qeyd edək ki, sorğu anketində 20 sual yer alıb. Anketdə yay imtahan sessiyasında rüşvətxorluq halları, imtahanlar zamanı müəllimlər tərəfindən rüşvət tələb edilməsi, təhsilə münasibət və neqativ halların aradan qaldırılması istiqamətində təkliflərin verilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.

Xatırladaq ki, yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə ADU-da Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 146, 264 saylı daxili telefonları və “[email protected]” ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1480

Oxşar yazılar