Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə yeni rəis təyin olunub
M.Zeynalov daha öncədən də Azərbaycanda fəal gənclərdən biri olub. O, 2007-ci ildə Avropanın 5 ən fəal gənclər təşkilatlarından biri kimi seçilən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri olub, eyni zamanda “İrəli” İctimai Birliyinin idarə heyətinin üzvü və Gəncədəki təşkilatının sədri kimi fəaliyyət göstərib. Avropa gənclər siyasətində Azərbaycanı geniş təmsil edib və Gənclərin Beynəlxalq Mübadilə və Anlaşma (YEU) şəbəkəsinin vitse-prezidenti olub. Hazırda Avropa Gənclər Forumunun Şərqi Avropa və Qafqaz üzrə ekspertidir.
Qeyd edək ki, Azərbaycanda Gənclər sahəsi üzrə işlərə sırf gənclərin cəlb olunması məsələsi 2011-ci ilin aprelində prezident İlham Əliyevlə gənclərin görüşü zamanı qaldırılıb.
Qeyd edək ki, Azərbaycanda Gənclər sahəsi üzrə işlərə sırf gənclərin cəlb olunması məsələsi 2011-ci ilin aprelində prezident İlham Əliyevlə gənclərin görüşü zamanı qaldırılıb.
1058