Yol polisi istirahət mərkəzlərində reydlərə başlayır
Azərbaycanda yayın gəlməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar yol polisi də bəzi tədbirlər planlaşdırır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə, istirahət mərkəzlərinə gedən və qayıdan yollarda, həmçinin həmin obyektlərin ətrafında yerləşən yollarda reydlər keçiriləcək: “Həftənin istirahət günü olan şənbə və bazar günlərində istirahət mərkəzlərinin yollarında polisin işi gücləndiriləcək və mütəmadi reydlər keçiriləcək. Bu yolla nəqliyyat vasitəsini sərxoş halda idarə edən, həmçinin sürət həddini aşan və digər formada qayda pozan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək”.
K.Əliyev onu da bildirib ki, reydlər bütün respublikanı əhatə edəcək və bütün yay aylarında, istirahət mövsümü başa çatanadək keçiriləcək. Həmin ərazilərdə yol polisi gücləndirilmiş iş rejimində işləyəcək.
Nizam RZA

568