Ankarada azərbaycanlı məzunların buraxılış gecəsi keçirilib
Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən məlumata görə, tədbir çərçivəsində Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya gəlmiş tələbələrimiz, Ankaranın Yenimahalle səmtində yerləşən Heydər Əliyev Parkını ziyarət edib, Heydər Əliyevin heykəlinin önünə əklil qoyub və Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Sonra Azərbaycanın Türkiyədəki Səfirliyində tədbirin rəsmi hissəsi başlayıb. Tədbirdə Türkiyə Ali Təhsil Şurasının sədri Yusuf Ziya Özcan, Türkiyə təhsil nazirinin müavini Salih Çelik, Türkiyə Xaricindəki Türklərlə İş Üzrə Dövlət Qurumunun rəhbəri Kemal Yurtnaç, Ankarada səfərdə olan millət vəkili Qənirə Paşayeva, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin Sədri və ARDNŞ-ın Türkiyə nümayəndəsi Seymur Ağayev, müxtəlif universitetlərin rəhbər işçiləri, çox sayda nüfuzlu elm adamları, KİV və diaspor nümayəndələri iştirak ediblər. Tədbir Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Seymur Ağayev, Yusuf Ziya Özcan, Qənirə Paşayeva, Salih Çelik və Kemal Yurtnaç çıxış edərək məzunlarımıza bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və iki ölkə əlaqələrinin daha da möhkəmləndirilməsində onların üzərinə düşən məsuliyyətin böyüklüyündən bəhs ediblər.
Sonda Səfir Faiq Bağırov tədbirdə əsas nitqi söyləyərək, iki ölkə münasibətlərində təhsil əlaqələrinin əhəmiyyətindən, Heydər Əliyevin dövlətimizin gənclər siyasətinin təməlini qoymasından, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gənclərimizə dövlət dəstəyi və qayğısındakı səylərindən və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın gənc kadrlarımıza, xüsusilə də xaricdə təhsil almış gənclərimizə göstərdiyi diqqətdən geniş söz açıb.
Ardından məzun tələbələrimizə hədiyyələr təqdim olunub. Sonra məzun tələbələrimizin andiçmə mərasimi keçirilib və ziyafət verilib.
Ardından, Səfirlik əməkdaşları və məzunlarımız Mustafa Kamal Atatürkün mavzoleyinə (Anıtkabir) yollanıblar.
Sonra, Səfirlik əməkdaşları və məzunlarımız Ankaranın Keçiören səmtində Xocalı Soyqırımı abidəsinə yollanıblar. Xocalı Soyqırımı Abidəsinə əklil qoyulub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib, Xocalı Soyqırımı haqqında nitqlər söylənib və şəhidlərimizin ruhuna Yasin Surəsi oxunub.
Tələbələrimizin məzuniyyət tədbiri çərçivəsində son olaraq Qala Gecəsi təşkil olunub. Gecəyə Səfirlik əməkdaşları, Türkiyə Təhsil Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Ali Təhsil Şurasının nümayəndələri, Türkiyənin qabaqcıl universitetlərinin rəhbər işçiləri, çox sayda elm adamı, və KİV nümayəndələri qatılıblar. Gecədə məzun tələbələrimizə hədiyyələr təqdim olunub, məzunlarımız Azərbaycan musiqiləri ilə rəqs ediblər və tədbir iştirakçılarına ziyafət verilib.

519