MDB Mətbuat Şuralarının vahid informasiya portalı yaradılacaq
Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans başa çatıb.
Bu barədə Lent.az-a açıqlamasında konfransda iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Əflatun Amaşov deyib ki, tədbirdə əsasən mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılıb, peşə davranışı qaydalarının roluna da nəzər salınıb. Əflatun Amaşov konfransdakı çıxışında vurğulayıb ki, Azərbaycan Mətbuat Şurası təkcə Müstəqil Dövlətlər Birliyi deyil, eyni zamanda Şərqi Avropa məkanında kifayət qədər oturuşmuş struktura malik institutdur. Mətbuat Şurasının təcrübəsi dəfələrlə regional səviyyəli toplantılarda yüksək dəyərləndirilib və model kimi qəbul edilib.
Əflatun Amaşov konfransın MDB məkanında fəaliyyət göstərən mətbuat şuralarının vahid informasiya portalının yaradılması barədə qərarın qəbulu ilə yekunlaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası vahid informasiya portalının yaradılmasında əsas təşəbbüskarlardan biridir: “Portalda medianın özünütənzimləməsinə dair materiallar, bu sahədə mövcud təcrübələr, müzakirələr əksini tapacaq”.

535