Qaçqınlarla bağlı qanuna dəyişiklik edildi
Lent.az-ın məlumatına görə, Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli layihə ilə bağlı deputatlara məlumat verib. O bildirib ki, dəyişiklikdən sonra qaçqınlıq vəsiqəsinin və yol sənədinin verilməsi üçün dövlət rüsumu tutulacaq. H.Rəcəbli bu rüsumun 5 manat həcmində olduğunu qeyd edib.
Müzakirə zamanı çıxış edən millət vəkili İqbal Ağazadə bildirib ki, qanunda nəzərdə tutulan “məcburi köçkün” ifadəsi dəyişdirilərək, “qaçqın” sözü ilə əvəz edilsin: “Bu adamlar ölkə ərazisində bir yerdən başqa yerə köçməyiblər. Bunlar öz yurd-yuvalarından çıxarılıblar. Yəni konkret olaraq, qaçqındırlar”.
İ.Ağazadə deyib ki, Milli Məclis də bu məsələyə ayrıca baxsa, daha məqsədə uyğun olar.
Deputat Elman Məmmədov isə rayonlarda yerləşən qaçqın düşərgələrindəki vəziyyətdən danışıb. O deyib ki, cəbhə bölgələrində yerləşən rayonlarda salınan yeni qəsəbələr işıq dirəkləri ilə bəzədilsə, şəhərciklər yeni istifadəyə verilən zaman hər yan çil-çıraq olsa da, bir müddət sonra gecələr bu şəhərciklər zülmətə qərq olur: ““Qaçqınkom”un dəstəyi ilə qəsəbələrin açılışında hər tərəf işıqlı olsa da, bir müddət sonra “Azərenerji”nin rayonlardakı nümayəndələri gəlib işıq xətlərini söküb, bu qəsəbələri qaranlığa qərq edirlər. Belə olmaz axı, buralar cəbhə bölgəsidir”.
Cəbhə bölgəsində bu cür vəziyyətin acınacaqlı olduğunu qeyd edən E.Məmmədov məsələ ilə bağlı spiker Oqtay Əsədova müraciət edib.
O.Əsədov isə deyib ki, Bakı şəhərində işıqların verilməsi məsələsinə Bakı Şəhər İcra Hakimiyyəti baxır. O bildirib ki, qaldırılan problemlə bağlı bu quruma müraciət etmək mümkündür.
Daha sonra qanun layihəsi səsverməyə çıxarılaraq, qəbul edilib.
Anar GƏRAYLI

579