Media Mərkəzində yalan-şou - REPLİKA
Məlumatda qeyd edilmişdi: “10 iyun 2011-ci il tarixində saat 11:00-da Azərbaycan Media Mərkəzində “Texnikabank”-dan əmanətlərini ala bilməyən Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin oğlu, Yasamal və Tərtər rayon polis idarələrinin keçmiş rəislərinin vəkillərinin mətbuat konfransı keçiriləcək”.
Tədbirdə MTN-nin keçmiş müavini Əli Nağıyevin Texnikabank-ın rəhbərliyini müdafiə etməsi ilə də bağlı açıqlamalar veriləcək”.
Bu qədər “alovlu” anonsun ardınca bu gün Media Mərkəzinə toplaşmış jurnalistlərin qarşısına məlumatda adı keçən şəxslərin heç biri çıxmayıb.
Tədbirdə iştirak edən bir neçə şikayətçi “Texnikabank”ın Bakı filialının keçmiş rəhbəri Zal Yusifovun həbsindən sonra əmanətlərini geri ala bilməmələrindən şikayətləniblər.
Biz bu iddiaları da, şikayətləri də uzun məhkəmə prosesləri boyunca yazmışıq. Tədbirə gələnlərdən “anonsda adı çəkilən şəxslər hanı?” soruşanda ”nə fərqi var ki, biz gəlmişik” dedilər.
Media Mərkəzi isə “biz təqdim olunan anonsu yaymışıq” açıqlaması ilə yaxasını kənara çəkməyə çalışdı.
Aldadılan, iş vaxtından bir neçə saatı itirən jurnalistlərin qarşısına çıxıb izahat verməyə bir nəfər belə tapılmadı. Məsuliyyət kimindi?
Jurnalistlərə, bəlkə də elə anonsda adı çəkilənlərə qarşı edilən təxribatın məsuliyyətini kim daşıyır? Biz hər gün iş-gücümüzü atın saxta anonsların ardınca düşməliyikmi?
Media Mərkəzindən gələn anonslara bundan sonra necə yanaşılmasını fikirləşməyə ehtiyac var. Bu qədər qeyri-ciddi, məsuliyyətsiz bir hərəkətə görə jurnalistlərdən bircə kəlmə üzrxahlıq eləyən də tapılmadı. Bizdən üzr istəmək bir yana dursun, heç olmasa bu adamlardan saxta anons yayıb, jurnalistlərin vaxtını almağın, medianı aldatmağın hesabını soruşmaq olardı...
Jurnalistlər bunu tədbiri boykot etməklə bildirdilər, bəs Media Mərkəzi?

696