ABŞ-da onlayn reklama 30 milyard dollardan artıq vəsait xərclənəcək
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu proqnozu “eMarketer” analitik agentliyi təqdim edib.
Agentliyin mütəxəssislərinə görə, 2015-ci ilə kimi Qlobal Şəbəkədə reklam xərcləri 50 milyard dollar civarında olacaq. “eMarketer”-in proqnozunda qeyd edilir ki, bu il ən sürətli, 52,1 faiz artım video-reklam seqmentində müşahidə olunacaq. Banner reklamına çəkilən xərclər isə 22,1 faiz artaraq 7,6 milyard dollar təşkil edəcək. Axtarış seqmentində bu göstəricinin 19,8 faiz artaraq 14,38 milyard dollar olacağı proqnozlaşdırılır.

492