DəmirBank-ın kart sahibləri Bakı Əyləncə Mərkəzində və Delfinariyasında endirimlər əldə etdilər
10 iyun 2011 13:03 (UTC +04:00)

DəmirBank-ın kart sahibləri Bakı Əyləncə Mərkəzində və Delfinariyasında endirimlər əldə etdilər

Kart sahibləri Bakı Əyləncə Mərkəzində olan bütün xidmətlər üzrə (restoran-bar, sağlamlıq mərkəzi, fitnes və s.) 10%-lik endirimdən yararlana bilərlər.

Boulinq zalında iyunun 1-dən, sentyabrın 1-dək 30%-lik endirim, qalan aylarda isə 10% endirim təqdim edilir. “Eliza” və “Lido” zallarında banket, ad günü, nişan, toy, korporativ tədbir keçirmək istəyən DəmirBank müştəriləri 25% həcmində endirim əldə edirlər.

DəmirBank-ın plastik kart sahiblərinə Bakı Delfinariyasında da endirim təqdim edilir. Delfinariyaya giriş haqqı üçün 10%, delfinlərlə üzmək və digər prosedurlar üçün isə 15% endirim təklif olunur.

DəmirBank ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir. Ölkədə fəaliyyət göstərən 30 müxtəlif xidmət və ticarət şirkətləri DəmirBank-ın “Kart sahiblərinə endirimlər” layihəsinin üzvüdür. DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında Kart sahiblərinə endirimlər səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.

DəmirBank “5 manata kart” və “Pulsuz kart” kampaniyalarını keçirir. “5 manata kart” kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Plastik kartı həmçinin Bankın http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010

Oxşar yazılar