Gürcüstanın azərbaycandilli məktəblərində gürcü dili kurslarına maraq artır
Gürcüstanın azərbaycandilli məktəblərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkil etdiyi gürcü dili öyrətmə kurslarına maraq günü gündən artır. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlər mərkəzin əməkdaşları Qardabani şəhər 4 saylı ictimai məktəbində “Gürcü dili” gününə həsr olunmuş tədbirdə iştirak edib. Müxtəlif millətlərin nümayəndələrinin təhsil aldığı məktəbin şagirdlərinin böyük əksəriyyətini (650 nəfər) azərbaycanlılar təşkil edir
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Flora Yusibovanın iştirakçıları salamlamasından və Gürcüstanın dövlət himni səsləndirildikdən sonra məktəbin şagirdləri iştirakçılara “Gürcü dili” gününə həsr edilmiş şerlər və gürcü dilinin tarixi haqqında məlumatlar verib.
Tədbirdə çıxış edən Qardabani Resurs mərkəzinin və AMM-in nümayəndəsi Ehtiram Əmirxanlı mərkəzin sədri Fazil Həsənovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Gürcü dili kurslarının artıq öz bəhrəsini verməyə başladığını qeyd edən E.Əmirxanlı şagirdlərin gürcü dilini sevə-sevə öyrəndiklərini vurğulayıb.
Daha sonra 2008-ci il avqust müharibəsində şəhid olan Georgi Sxvitaridze, Qenadi Xarciani, Levan Devdarianinin xatirəsinə həsr olunmuş musiqili foto-slayd təqdim olunub.
Gürcü dili kursunun müəllimi Nodar Kaftaradze bu kursların əsasən məktəbin 11-12-ci sinif şagirdlərini əhatə etdiyini qeyd edib. O valideynlərin arzusunu dilə gətirərək növbəti tədris ilində də DİDK və AMM-in birgə layihəsi olan gürcü dili kurslarının davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Qardabani şəhər 4 saylı ictimai məktəbin direktoru Flora Yusibova tədris ilinin yekunları barədə danışaraq buraxılış imtahanlarının nəticələrinin ürəkaçan olduğunu qeyd etmiş, 25 məzundan 18-nin attestat alacağını bildirib. O bütün məzunların gürcü dili üzrə imtahandan uğurla keçdiyini qeyd edərək DİDK və AMM-ə gürcü dili kurslarının açılmasına görə təşəkkürünü bildirmiş, valideyn və şagirdlərin bu kursların gələcəkdə də davam etdirilməsi arzusunda olduqlarını söyləyib.

1096