Mehmanxana əməkdaşları üçün keçirilən təlim kursları başa çatdı – FOTO
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə təşkil etdiyi ölkəmizin turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kurslarının ikinci mərhələsi iyunun 9-da başa çatıb.
Lent.az-ın məlumatına görə, iyunun 2-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Atlant” istirahət mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunmuş kurslarda 120 nəfərə yaxın dinləyici qatılıb. Bir həftə davam edən təlim kursları 4 istiqaməti əhatə edib. Bunlar hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri - xadiməçilik ixtisaslarıdır.
Kurslarda iştirak edən mehmanxana əməkdaşlarına nazirliyin müvafiq sertifikatları təqdim olunub. Tədbirdə Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin nümayəndəsi iştirak edib.
Xəyalə

727