Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya 4 min nəfər üzv olub
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib ki, ATƏT-lə birlikdə cəmiyyət dəstəkli polis işində təkmilləşdirilmənin aparılmasına 2006-cı ildə başlanıb.
Lent.az xəbər verir ki, O.Zalov ilk proyektin Mingəçevir şəhərində həyata keçirildiyini deyib. Nazir müavini deyib ki, layihənin səmərəliliyi ilk işlərdən özünü göstərməyə başlayıb. O bildirib ki, daxili işlər naziri Ramil Usubov Mingəçevirin ardınca cəmiyyət dəstəkli polls işində təkmilləşdirilmənin daha 10 rayonda aparılması üçün sərəncam imzalayıb və bu sərəncam həyata keçirilib. Nazir müavinin sözlərinə görə, bu layihənin respublika səviyyəsində həyata keçirilməsi üçün yollar axtarılır. 2008-ci ildə Daxili İşlər Nazirliyində İctimai Şuranın yaradılması da bu layihənin daha səmərəli həyata keçirilməsinə hesablanıb. Hazırda 4 min nəfərdən çox şəxsin İctimai Şuralara üzv olduğunu bəyan edən O.Zalov deyib ki, bu, cəmiyyət-polis münasibətlərinin təkmilləşməsini sürətləndirib.
Azərbaycanın Avropaya inteqrasiya etdiyini və aşkarlıq prinsipi ilə idarə olunan ölkə olduğunu qeyd edən O.Zalov bildirib ki, qarşılarına qoyduqları məsələləri uğurla yerinə yetirməyə çalışırlar. O deyib ki, ATƏT-lə əməkdaşlıqlarının davam edəcəyinə ümid edir.
Anar GƏRAYLI

540