Abel Məhərrəmov Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun nümayəndələrini qəbul edib
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun üzv dövlətlərinin dövlət nümayəndələrinin səlahiyyətli komitə sədri, professor S.Dubçinkanı, maliyyə işləri üzrə direktor müavini V.V.Katrasevi və MBD Nanotexnologiyalar Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun innovasiya inkişafı üzrə direktor müavini A.V.Ruzayevi qəbul edib.
BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
Daha sonra qonaqlar universitetin potensialı ilə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar mərkəzində, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyasında, Nüvə-maqnit rezonans laboratoriyasında, Mühasibatlıqda, Heydər Əliyev Muzeyində, Tədris-Elektron mərkəzində olublar.
Qeyd edək ki, qonaqların BDU-ya səfəri Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun maliyyə işləri üzrə səlahiyyətli komitə sədri yanında işçi qrupunun iclası çərçivəsində baş tutub.

649