Xəbərlər proqramlarında ciddi nöqsanlar aşkarlanmayıb
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, xəbər proqramlarının monitorinqi artıq başa çatıb, hazırda şou verilişlərinin dili üzərində monitorinqlər aparılır. Bundan sonra isə dublyajla bağlı monitorinqlər aparılacaq: “Monitorinqlər tam başa çatandan sonra nəticələr açıqlanacaq. Xəbərlər üzrə monitorinqlərdə ciddi irada səbəb olacaq nöqsanlar qeydə alınmayıb”.
Qeyd edək ki, monitorinqləri Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun iki alimi aparır.
Qeyd edək ki, monitorinqləri Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun iki alimi aparır.
468