Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Daşqın və sellər olacaq
08 iyun 2011 12:04 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Daşqın və sellər olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyun ayında transsərhəd və dağ çaylarında gözlənilən sululuqla bağlı proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayında Respublika ərazisində yağıntıların və temperaturların normaya yaxın, lakin ayrı-ayrı bölgələrdə yağıntıların normadan nisbətən çox, temperaturların isə normadan 1-2 dərəcə artıq olacağı proqnozlaşdırılır.


Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450-580 m3/san (çoxillik norma 442 m3/san); Araz çayının Qıvraq məntəqəsində 140-200 m3/san (çoxillik norma 181 m3/san); Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 160-240 m3/san (çoxillik norma 178 m3/san) gözlənilir.


Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgəsi çaylarında gözlənilən su sərfinin 4,5-8,5 m3/san (çoxillik norma 4,6-7,78 m3/san); Quba-Qusar-Xaçmaz bölgəsi çaylarında gözlənilən su sərfinin 8,0-18,0 m3/san (çoxillik norma 7,67-15,2 m3/san); Kiçik Qafqazın Daşkəsən-Gədəbəy bölgəsi çaylarında gözlənilən su sərfi 6,5-10,5 m3/san (çoxillik norma 7,05-9,87 m3/san); Naxçıvan MR çaylarında gözlənilən su sərfinin 1,5-8,0 m3/san (çoxillik norma 1,88-7,68 m3/san) təşkil edəcəyi proqnozlaşdırılır.


İyun ayının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın ərimə şiddətinin artması, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində, Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Balakənçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqın və sellərin keçəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar