2011/2012-ci tədris ili üçün Türkiyə Respublikası universitetlərinin magistratura səviyyəsinə Azərbaycan Respublikasının vətəndaşlarının ərizə qəbulu vaxtı uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən
Lent.az-a verilən məlumata görə, Türkiyə Respublikasının universitetlərinin magistraturasına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş və ya cari ildə bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2011-cu il tarixinə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, 20 fevral 2011-ci il tarixdə keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsindəki nəticəsi minimal tələbi ödəyən Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər.
Magistratura səviyyəsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər. Bakalavrlar Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan doldurulmuş ərizə formasını, şəxsiyyət vəsiqəsini, “Bakalavr haqqında arayış”ı və hərbi xidmətdən möhlət haqqında sənədi 23 may- 14 iyun 2011-ci il müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına (SQK-ya) təqdim edib qeydiyyatdan keçməlidirlər. Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan ərizə formasını “http://www.ytb.gov.tr/Files/Document/lisans-basvuru-formu.pdf” internet saytından əldə etmək olar.
Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbul aparılan ixtisaslaşmaları Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini aşağıdakı müvafiq istiqamət və ixtisaslar üzrə bitirən şəxslər seçə bilərlər:
Magistr ixtisasının kodu | Magistr ixtisasının adı | Plan | Uyğun bakalavr istiqamətinin (ixtisasının) şifri və adı | Minimal bal (I mərhələdə) |
91119 | Kompüter mühəndisliyi | 3 | T 180100 Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri T 180200 Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə) T 180300 İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə) T 180400 Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı T 180500 Məlumatların mühafizəsinin texnologiyası və təşkili T 180600 Kompüter təhlükəsizliyi TT 160100 İnformasiya sistemləri TT 210100 Kompüter riyaziyyatı İİ 010900 İqtisadi Kibernetika TE 010100 Riyaziyyat TE 100100 Tətbiqi riyaziyyat TE 100200 İnformatika | 70 |
91143 | Maliyyə | 1 | İİ 010300 Maliyyə və kredit İİ 012100 Vergilər və vergitutma İİ 012200 Sığorta işinin təşkili İİ 012800 Qiymətli kağızlar İİ 020200 Menecment (bank işi üzrə) İİ 030700 Vergi işinin təşkili və idarə edilməsi | 70 |
91135 | Turizmdə idarəetmə və otelçilik | 2 | T 300100 Turizm və sosial-mədəni servis xidməti T 300200 Turist, sanatoriya-kurort komplekslərinin servis və tibbi xidmətinin təşkili T 300300 Turist sanatoriya-kurort komplekslərində təbii və qeyri-ənənəvi vasitələrlə sosial-bərpa işi İİ 020100 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə) İİ 020200 Menecment (sahələr üzrə) İİ 020300 Marketinq (sahələr üzrə) İİ 020400 Biznesin təşkili və idarə edilməsi İİ 020500 Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi İİ 020600 Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi | 70 |
91151 | Sığorta işi | 1 | İİ 010300 Maliyyə və kredit İİ 012100 Vergilər və vergitutma İİ 012200 Sığorta işinin təşkili İİ 012800 Qiymətli kağızlar İİ 020200 Menecment (bank işi üzrə) İİ 030700 Vergi işinin təşkili və idarə edilməsi | 70 |
91168 | Sənaye mühəndisliyi | 1 | İİ 010600 Təbiətdən istifadənin iqtisadiyyatı İİ 020100 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə) İİ 020200 Menecment (sahələr üzrə) İİ 020400 Biznesin təşkili və idarə edilməsi İİ 020500 Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi İİ 030800 İdarəetmə mühəndisliyi | 60 |
91176 | Maşınqayırma (makina) mühəndisliyi | 1 | T 060100 Maşınqayırma texnologiyası (sahələr üzrə) T 060200 Metalkəsən dəzgahlar və alətlər T 060300 Tökmə istehsalının texnologiyası və maşınları T 060500 Maşın və aparat hissələrinin bərpası və möhkəmliyinin artırılması texnologiyası və avadanlığı T 060700 Texnoloji komplekslərin layihələndirilməsi T 060800 Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika T 110100 Texnoloji maşınlar və avadanlıqlar T 110200 Poliqrafiya maşınları və avtomatlaşdırılmış kompleksləri T 110300 Qaldırıcı nəqliyyat maşınları və avadanlıqları TT 100100 Maşınların möhkəmliyi və dinamikası TT 180100 Tribotexnika TT 200100 Maddi istehsal vasitələrinin renovasiyası TT 230100 Mexanikləşdirmə və avtomatlaşdırma | 60 |
91184 | Ekologiya (çevrə) mühəndisliyi | 1 | ET 010100 Ekologiya ET 010300 Bioekologiya ET 010500 Aqroekologiya ET 010600 Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi ET 010700 Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi ET 010800 Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması TE 040100 Kimya TE 040200 Tətbiqi kimya TE 040300 Təbii və fizioloji fəal maddələr kimyası TE 040400 Ekoloji kimya TE 050100 Biologiya TE 050300 Biokimya TE 080100 Toqpaqşünaslıq M 011100 Biologiya və gigiyena | 70 |
Ərizə qəbulu başa çatdıqdan sonra Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi və TQDK-nın təmsil olunduğu Qəbul (seçmə) komissiyası tərəfindən keçirilən müsabiqəyə əsasən Türkiyə Respublikasının universitetlərinin magistraturasına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş Azərbaycan Respublikası vətəndaşlarının qəbulu aparılacaq. Türkiyə Respublikasının universitetlərinin magistraturasında təhsil almaq hüququ qazanan Azərbaycan Respublikası vətəndaşları qəbulun nəticələri elan olunduqdan sonra üç gün ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Türkiyə Respublikasının universitetlərinin magistraturasına qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə seçdikləri ixtisaslara uyğun olaraq Türkiyə Respublikası Yüksək Öyrətim Kurulu tərəfindən universitetlərə yerləşdiriləcəklər.
Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının universitetlərinin magistraturasına qəbul olunduqları təqdirdə 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanında iştirak etmək hüququnu itirəcəklər.