Bakıda saxta içki istehsal edilən istehsalat sahəsi aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ə.Novruzov küçəsi, ev 22/71 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Tərxun” sərinləşdirci içkisinin, qazsız suların gigiyenik və uyğunluq sertifikatları, qazlı suların uyğunluq sertifikatı, “Düşes” sərinləşdirci içkisinin müvafiq reseptura və uyğunluq sertifikatı, albalı və şaftalı nektarlarının isə müvafiq reseptura olmadan istehsal edildiyi aşkarlanıb. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan başqa, qazlı suların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “Çernoqolovka” adı ilə istehsal olunan sərinləşdirici içkilərin üzərində iki müxtəlif saxlama müddətinin qeyd edildiyi, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan albalı və şaftalı nektarı qatqılarından istifadə edildiyi müəyyən edilib.
Bundan başqa, yoxlama zamanı şaftalı və albalı nektarlarının xarici ölkələrdə istehsal olunmasına dair istehlakçıda yanlış təəssürat yaratmaqla, məhsulların etiketlərində adları Azərbaycan dilində göstərilməməklə “Del-s Wealth peach nectar” və “Del-s Wealth cherry nectar” sözlərinin yazıldığı, habelə müəssisənin anbarında üzərində məhsulların saxlama müddəti normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərilən və məhsulların adları Azərbaycan dilində göstərilməyən etiketlərin olduğu aşkarlanıb.
Qanun pozuntuları ilə əlaqədar, “Düşes” və “Tərxun” sərinləşdirci içkilərinin, qazlı və qazsız suların, albalı və şaftalı nektarlarının istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, müvafiq reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilmiş 2686 litr sərinləşdirici içkinin, mənşəyi məlum olmayan 44 kq şaftalı və albalı nektarı qatqılarının, məhsulların saxlama müddəti normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərilən və məhsulların adları Azərbaycan dilində göstərilməyən 9150 ədəd etiketin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Qüdrət Abasova icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

616