Ədliyyə orqanlarına qəbulla bağlı imtahanda uğur qazanan 124 namizədlə söhbət aparılacaq
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış 124 namizədlə müsabiqənin ikinci mərhələsində fərdi qaydada söhbət keçirilməsinə iyun ayının 17-dən başlanılmasını qərara alıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.
Xatırladırıq ki, müsabiqədən uğurla keçmiş namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazananların qulluğa qəbul məsələsi həll olunacaq.

518