“Ekonomist” analitik jurnalının növbəti sayı çapdan çıxıb
07 iyun 2011 10:52 (UTC +04:00)

“Ekonomist” analitik jurnalının növbəti sayı çapdan çıxıb

«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 16 buraxılışı işıq üzü görüb.

«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında həm maliyyə bazarı, həm real sektor barədə məqalələr yer alıb. Belə ki, jurnalda Azərbaycanda iqtisadi artım tempinin əkskin azalması, qaz nəqli üzrə müxtəlif potensial marşrutları, dövlət büdcəsinin artırılması, dolların məzənnəsinin 12 illik minimuma enməsi, abituriyentlər arasında peşə seçimi kimi mövzularla bağlı məqalələr dərc olunub. İqtisadiyyatın müxtəlif sahələri üzrə ənənəvi araşdırılmaları davam etdirərək bu sayda ölkənin akvarium bazarı barədə analitik məqalə oxucuların diqqətinə təqdim olunur. Bundan başqa, jurnalda yeni rubrika açılıb. Belə ki, müxtəlif sahələrin tarixi barədə məqalələr dərc olunacaq. Jurnalın bu sayında dərc olunmuş müvafiq məqalədə neft tarixi ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar