Kürdə su sərfi azalıb
07 iyun 2011 10:16 (UTC +04:00)

Kürdə su sərfi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, may ayının III ongünlüyündə Kür çayında suyun sərfi may ayının II ongünlüyünə nisbətən 94 m3/san azalaraq 693 m3/san təşkil edib.

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində mis birləşmələri 2, fenollar 4, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.


May ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Bəhramtəpə və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Horadiz məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,51-9,56 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar