Əmlak Məsələləri Dövlət Komitəsi işçi axtarır
Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma sahəsində layihələrə (işlərə) cəlb etmək məqsədi ilə müvafiq bilik və bacarığa malik olan şəxslər barədə məlumat bazasının yaradılması üçün kadr-anket vərəqələrinin (CV-lərin) toplanmasını həyata keçirir.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma sahəsində texniki yönümlü müvafiq ali və ya orta ixtisas təhsili, müasir elektron geodezik cihazlardan, informasiya-kommunikasiya texnologiyalarından və coğrafi-informasiya sistemlərindən istifadə bacarıqları, müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi (yaxud uyğun layihələrdə iştirak etmiş) olan şəxslərə üstünlük veriləcək.
Göndərilən CV-lər toplandıqdan sonra Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzində göstərilən tələblərə cavab verən mütəxəssislərlə peşə yönümlü söhbətlər aparılacaq.

815