“Modern.az” saytı fəaliyyətini dayandırır
Bu barədə Lent.az-a PJB-nin sədri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, KİV-də parlament-cəmiyyət münasibətlərinin səmərəli əməkdaşlığının yaradılması və peşəkar media prinsipləri ilə yeni media texnologiyalarının tətbiqinə dəstək kimi nəzərdə tutulmuş “Modern.az” xəbər portalı layihəsi 2011-ci ilin iyunun sonundan fəaliyyətini dayandırmaq niyyətindədir: “Bu barədə hələ ki başqa bir söz demək istəmirəm. Yeganə olaraq onu deyə bilərəm ki, sayt iyun ayının axırında fəaliyyətini dayandıracaq”.
Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 2 il ərzində “Modern.az” internet qəzeti ilk dəfə olaraq Milli Məclisin fəaliyyəti ilə bağlı sistemli şəkildə informasiyalar yayıb. Bununla da oxucular arasında parlamentin fəaliyyətini aydın və şəffaf şəkildə işıqlandıran etibarlı portal olaraq diqqəti cəlb edə bilib.
Sayt fəaliyyət göstərdiyi müddətdə media ilə sıx şəkildə işləyib.

1206